Tramp Ağ Evdə iftar verdi

ABŞ Prezidenti Donald Tramp Ramazan ayı münasibətilə Ağ Evdə iftar süfrəsi təşkil edib.

İftara müsəlman dövlətlərin ABŞ-dakı diplomatik nümayəndəliklərinin üzvləri dəvət olunub.

“Bütün dünyadakı müsəlmanların Ramazan ayını qeyd etdiyi bu xüsusi vaxtda iftar yeməyinə Ağ Evdə ev sahibliyi etmək mənim üçün şərəfdir”, – Tramp bildirib.

Qeyd edək ki, Ağ Evdə iftar ənənəsi təxminən 20 ildir mövcuddur. Bu ənənəni yalnız 2017-ci ildə iftar mərasimi təşkil etməyən Donald Tramp pozmuşdu.

İlk şərhi sən yaz

Cavab yaz

Emaininiz dərc olunmayacaq


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.