Ukrayna Rusiyaya qarşı sanksiyaları genişləndirir

Ukrayna Nazirlər Kabineti ölkəyə idxalı qadağan olunan Rusiya məhsullarının siyahısını genişləndirib.

TASS xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Vladimir Qroysman Nazirlər Kabinetinin iclasında bildirib. Onun sözlərinə görə, qadağalar yalnız Ukraynada istehsal olunan və ya alternativ çatdırılması mümkün olan məhsullara şamil ediləcək.

Ukraynanın birinci vitse-prezidenti Stepan Kubiv qadağalara gübrə, kənd təsərrüfatı, nəqliyyat, sement və faner kimi məhsulların məruz qaldığını deyib. Kubiv bu addımın “təcavüzkar ölkəyə” kapital axınının qarşısının alınması, həmçinin mövcud iş yerlərinin qorunması və yenilərinin açılması üçün atıldığını deyib.

Bundan başqa, Kiyev avqustun 1-dən Rusiyadan idxal olunacaq məhsullara xüsusi rüsum tətbiq edəcək. Ukrayna İqtisadiyyat Nazirliyi tədbirlərin kömür, koks, benzin, maye qaz və əczaçılıqdan başqa bütün məhsullara təsir göstərəcəyini qeyd edib.

İlk şərhi sən yaz

Cavab yaz

Emaininiz dərc olunmayacaq


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.