Putin: “Rusiya ABŞ-la dialoqa hazırdır, söz Vaşinqtonda…”

Rusiya ABŞ-la dialoqun təşkil olunmasına tam hazırdır.

Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O bildirib ki, bunun üçün rəsmi Vaşinqtonda zəruri daxili siyasi şərait mövcud olmalıdır: “Biz dialoqa açığıq, iş bizdə deyil, iş bizim amerikalı tərəfdaşlarımızdadır. Onlarda siyasi şərait uyğun olan kimi, biz də öz növbəmizdə öhdəmizə düşən işləri görməyə hazırıq”.

Trend-in məlumatına görə, V.Putin ümidvar olduğunu bildirib ki, bu şərtlər tədricən yaranmaqdadır.

İlk şərhi sən yaz

Cavab yaz

Emaininiz dərc olunmayacaq


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.