Azərbaycanda dəhşətli hadisə: Ərli qadını evindən qaçırdılar – FOTO

Gəncədə bir neçə gün əvvəl itkin düşməsi ilə bağlı xəbəri yayılan qadının evindən oğurlandığı məlum olub.
AZXEBER.COM Baku.ws-ə istinadən bildirir ki, bu barədə qadının yaxınları danışıb. Belə ki, Gəncə şəhəri, Kəpəz rayon sakini, 1990-cı il təvəllüdlü Vüsalə Hüseynova 4 gün əvvəl evdən oğurlanıb və onun taleyi məlum deyil.
Belə ki, sentyabrın 21-də axşam saatlarında Ramin Hüseynov işdən evə qayıdanda həyat yoldaşının evdə olmadığını, evin pəncərəsinin sındırıldığını və yerdə qan izlərinin olduğunu görüb. Həmçinin Mətbəxin qapısının şüşəsi də sındırılıb.
Evdən oğurlanan qadını hamı sakit və namuslu insan kimi xarakterizə edir. Yaxınları üç uşaq anası olan Vüsalənin taleyindən narahatırlar və əlaqədar qurumlardan bu işin açılması üçün əllərindən gələni etmələrini xahiş edirlər.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

İlk şərhi sən yaz

Cavab yaz

Emaininiz dərc olunmayacaq


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.