Komitə rəsmisi: Bəzi kişilər həyat yoldaşlarını narkokuryerliyə məcbur edirlər

Son illər qadınlardan narkokuryer kimi istifadə edilməsi halları artıb. 
Bu sözləri Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin rəsinin birinci müavini Güloğlan Muradlı deyib.
Onun sözlərinə görə, ümumiyyətlə, narkotacirlərin 14 faizini qadınlar təşkil edir:
“Təəssüf ki, son dövrlər biz öz həyat yoldaşlarını, qadınları narkotacirliyə sövq edən şəxslərlə tez-tez rastlaşırıq. Uşaqların dəqiq sayı bilinməsə də, bəzən olur ki, bu işə azyaşlı uşaqların da cəlb olunması faktı ilə üzləşirik”.
G.Muradlı onu da əlavə edib ki, cari ilin 11 ayı ərzində daxili bədən boşluğunda narkotik vasitə keçirmə faktı ötən ilin eyni dövrü ilə müqayisədə 21 fakt artıb:
“Ötən il insanların daxili bədən boşluğunda narkotik vasitə keçirmə faktı 87 olub. Bu il isə bu göstərici 108-ə çatıb”.

İlk şərhi sən yaz

Cavab yaz

Emaininiz dərc olunmayacaq


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.