Yeni icraçı direktor kimdir?

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev İsrafil Məmmədovu Dövlət Neft Fonduna yeni icraçı direktor təyin edib. 
AZXEBER.COM-un məlumatına görə, İsrafil Məmmədov bu vəzifəyə qədər, Dövlət Neft Fondunun İcraçı direktorunun müavini vəzifəsində çalışıb:
26 iyul 1973-cü ildə anadan olmuşdur. 1990 – 1995-ci illər Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq İqtisadi Əlaqələr fakültəsi, İqtisadçı 1995 -1996-cı illər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində çalışıb.
1996-2007-ci illər Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyində çalışıb. 2007-2008-ci illər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Böyük Britaniyadakı nümayəndəsi vəzifəsində çalışıb.
2008-2013-cü illər Azərbaycan Respublikası Dövlət Neft Fondunda Vəsaitlərin İdarə edilməsi müdiriyyətinin müdiri vəzifəsində çalışıb.
23 iyul 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun müavini vəzifəsinə təyin edilib.

İlk şərhi sən yaz

Cavab yaz

Emaininiz dərc olunmayacaq


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.