Bakıda endirim “tıxac”ı – Video

Beynəlxalq endirim günü kimi bilinən “Black Friday” ölkəmizdə də mağazalar qarşısında sıxlığa səbəb olub.

AZXEBER.COM Qafqazinfo-a istinadən xəbər verir ki, artıq bir neçə ildir ki, Azərbaycanda da qeyd olunan “Black Friday” günündə bir neçə mağaza və şirkət tərəfindən endirimlər tətbiq olunur. Bu il isə bu rəqəm daha yüksəkdir. Belə ki, paytaxtın məşhur alış-veriş mərkəzlərində hazırda 30, 50 və 70 faizədək endirimlər var. Bu səbəbdən əksər mağazalarda sıxlıq var.

Şahidlərin sözlərinə görə, müştərilər səhər erkən saatlardan, mağazalar hələ açılmamış ticarət mərkəzlərinin qarşısında gözləməyə başlayıblar. Bir çox mağazaların istər girişində, istərsə də kassa qarşısında uzun tıxaclar yaranıb.

Qeyd edək ki, “Black Friday” ABŞ-da “Şükranlıq günü”ndən sonra gələn ilk cümə gününə deyilir. Həmin gün 1932-ci ildən bu yana Yeni il alış-verişinin başlanğıcı kimi qeyd edilir. Bu səbəbdən mağazalar gecə saatlarına kimi bağlanılmır və endirimlər olur.

İlk şərhi sən yaz

Cavab yaz

Emaininiz dərc olunmayacaq


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.