Bir iynədən ölən İsmayılın dəhşətli hekayəsi: Tanınmış pediatr açıqladı

Antibiotik iynələrin uşaq ölümünə səbəb olması barədə çox faktlar eşitmişik.
AZXEBER.COM həkim pediatr Günay Rəsulovanın bu mövzuda maraqlı yanaşmasını təqdim edir:
“Bu yazıya bir həmkarımın yaşamış olduğu təcrübədən misalla başlayıram. Danışır ki, bir pasiyentə antibiotik iynə təyin etdim.Təklif elədim ki,iynəni elə burda, mənim nəzarətimdə vurdurmalısınız.Onlar imtina yazdılar və getdilər.Üstündən 3 il keçdikdən sonra həmin ailə dünyaya gəlmiş ikinci körpəsini qəbuluma gətirdi. Uşağı müayinə başlayanda, “Bəs,İsmayıl necədir?” deyə soruşdum. Atası anidən və qəribə soyuqqanlıqla “İsmayıl öldü!” dedi.
Bu cavaba donmuş halda, təəcüblə “Necə öldü???”deyə bildim. Atası “Heç nə.O vaxt siz antibiotik təyin etdiniz və bizə dönə-dönə iynəni burda vurdurmağımızı israr etməyinizə baxmayaraq, həmin iynəni özümüz alıb evdə vurdurduq və uşaq şokdan öldü” dedi…
Ağır xəstəliklərin müalicəsində xəstə uşaq dərmanı içə bilmirsə,içir amma effekt olmursa və ya içir qusursa,məcbur oluruq ki, dərmanı xəstəyə parenteral yolla verək (iynə şəklində).Parenteral müalicə üçün xəstəyə hospitalizasiya təklif edəndə isə ilk sual “Həkim, bu iynəni evdə vurdursaq olmaz?” olur. Başa düşürük, hər dəfə iynədən ötrü xəstə uşaqla gəlib getmək sizə çətin görünə bilər. Amma, o iynəni ev şəraitində uşağa vurarkən yarana biləcək fəsadlar və ya Allah qorusun, yuxarıdakı misaldakı kimi xəstəxanaya yetişmək ümumiyyətlə mümkün olmayanda bu da acı nəticələrə gətirib çıxara bilər.
Misal üçün,evdə antibiotikin hətta “prob” dozası uşaqda anafilaktik şok yarada bilər ki, bu şok zamanı uşağın həyatını xilas etmək mümkünsüz ola bilər və ya antibiotikin 2-ci və ya 3 cü dozasına ev şəraitində allergik reaksiya görülə bilər ki, bu hal təcili tibbi müdaxilə gərəkdirə bilər.

İlk şərhi sən yaz

Cavab yaz

Emaininiz dərc olunmayacaq


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.