Partiya haqqında

Azadlıq Partiyası 1995-ci ildə yaradılıb. 12 avqust 2005-ci ildə qeydiyyatdan keçib.

Azadlıq Partiyasının ideologiyasının əsasında dövlət millətçiliyi dayanır. Siyasi sistemdə mövqeyi mərkəzçidir. Partiya üzvlərinin sayının 4800 olduğu bildirilir. Üzvlük haqqı sərbəstdir. Büdcəsi qeyri-sabitdir. Şəhər və rayon təşkilatlarının sayı 33-ə yaxındır.

Partiya indiyə qədər 3 qurultay keçirmişdir. Qurultaylar 5 ildən bir keçirilir. Qurultayda kvota 2006-cı ildə 130 nəfər olmuşdur. Partiya daxilində seçkili orqanlar sədr, Ali Məclis, Mərkəzi İcra Aparatı və rayon sədrləridir. Partiya üzvü olan gənclər 50% təşkil edir, qadınlar isə, demək olar ki, yox səviyyəsindədir. Yeni qəbul edilmiş üzvlərin sayı 2009-cu ildə 50-100 nəfər arasında dəyişməkdədir.

Partiyanın ictimaiyyətlə əlaqə vasitələri, əsasən, müxalifət qəzetləri hesab olunur. 2008-ci ilin prezident seçkilərində partiya iştirak etməyib. 2005-ci il parlament seçkilərində 4 namizədlə iştirak edib, lakin seçilən namizəd olmayıb.

Sonuncu bələdiyyə seçkilərində partiya olaraq iştirak etməyib.

Seçki proqramının xüsusiyyəti daha çox orta təbəqənin hüquqlarının müdafiəsidir. Seçki bloklarında iştiraka müsbət baxılır.